Məşhur rumıniyalı pianoçu vəfat edib

Ən böyük pianoçulardan biri hesab edilən tanınmış rumın musiqiçisi Radu Lupu 76 yaşında vəfat edib.

Metbuat.az "Musictimes.com" nəşrinə istinadla, xəbər verir ki, məlumatı onun meneceri Cenni Voqel təsdiqləyib. O bildirib ki, pianoçu evində vəfat edib.

Onun ölümünə səbəb isə uzun sürən xəstəliklər olduğu bildirilib.

Qeyd edək ki, 2019-cu ildə Lupu, sağlamlıq problemlərinə görə bir çox ictimai çıxışlardan rəsmi olaraq təqaüdə çıxıb. O, həmçinin 1990-cı illərin ortalarından bəri heç bir studiyada səs yazısı yazmayıb. Pianoçu həm də müsahibələrdən və mətbuat çıxışlarından yayınaraq diqqət mərkəzindən qaçan ictimai xadim kimi tanınırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR