Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı -

Azərbaycanda bu gün koronavirus infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 403, bu günə qədər isə ümumilikdə 6 792 132 test icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR