“Uşaq bağçalarının müdirlərinin işə qəbulunun müsabiqə əsasında keçirilməsini planlaşdırırıq”.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Nazir bildirib ki, yaxın həftələrdə bununla bağlı elan veriləcək:

“Aprel ayından başlayaraq təchizat məsələləri bizim nəzarətimizə keçib, 3 həftə ərzində nazirlikdən xarüqələr gözləmək ədalətli olmaz.

Biz nəzarət funksiyasını da həyata keçirdiyimizə görə növbəti həftələrdə bağçalarda planlı və plandankənar yoxlamalar keçiriləcək”.