"Qazprom" Bolqarıstan və Polşaya bütün qaz tədarüklərini dayandıracağı ilə bağlı

Rusiyanın dövlətin nəzarətində olan enerji nəhəngi “Qazprom” bolqar və polşalı həmkarlarına çərşənbə günündən etibarən bütün qaz tədarüklərini dayandıracağı barədə xəbərdarlıq edib.

Metbuat.az "The Economist" nəşrinə istinadən xəbər verir ki, bu, Ukraynada müharibə başlayandan sonra "Qazprom" tərəfindən ilk belə addım idi.

Polşa rəsmiləri isə vətəndaşları əmin ediblər ki, anbarlar 76% doludur.

Əksər dollar ticarətindən kənarda qalan Rusiya “dost olmayan” alıcılardan qazın pulunu rublla ödəməyi tələb edib. Polşa bundan imtina edib.

Qeyd edək ki, Polşa qazının təxminən yarısı, Bolqarıstanın isə onda doqquzu Rusiyadan idxal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR