"Deyirlər Azərbaycanda uzunömürlülər çoxdur deyə pensiya yaşı 65-dir" - Deputat

"Mən bu çıxışla razı deyiləm. Çünki pensiya yaşının azaldılması ilə əlaqədar elə arqumentlər gətirirlər ki, bu nə beynəlxalq, nə də Azərbaycanın statistikasında özünü əsk etdirir".

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O əlavə edib ki, ölkədə pensiyaçı qadın və kişilər üçün 65 yaş müəyyən olunub: "İndi bəziləri iddia edir ki, ölkədə uzunömürlülər çoxdur. Mən bununla razı deyiləm. Azərbaycanda ölüm üzrə orta yaş həddi 71-72 yaşdır. Yəni əhalinin təxminən 70 faizi bu yaşda dünyasını dəyişir".

Pensiya yaşının azaldılması ənənəvi məsələdir və bizim üçün gündəmdədir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR