“Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərsun Holding” məlumat yayıb.

Bildirilib ki, ərazidə çalışan əməkdaşların hamısı təxliyə edilib:

“Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır.Hadisə ilə bağlı ətraflı açıqlama veriləcək”.