Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğınla bağlı istintaq başladılıb.

Metbuat.az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində, yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cinayət işində bəzi istintaq sirləri olduğundan onları açıqlaya bilməyəcək:

“İstintaqın gedişi barədə məlumat veriləcək”.