Azərbaycanlı sahibkar ağır qəzada

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Təzə yol adlanan ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil traktorla toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü olan Elçin adlı şəxs hadisə yerində vəfat edib.

Onun Biləsuvarda mobil telefon mağazası sahibi olduğu bildirilir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR