Virusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

İndiyədək ölkədə 792 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2856, ümumilikdə isə 6 817 342 test icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR