Cari ildə bu məhsulların ixracı və idxalı azalıb -

Bu ilin yanvar-mart aylarında bəzi qeyri-neft məhsullarının ixracı azalıb.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 50,6 faiz, tütün – 3,4 dəfə, çay – 33,3 faiz, mineral gübrələr – 7,3 dəfə, polietilen – 1,4 faiz, emal olunmamış alüminium – 1,8 dəfə, qara metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 20,9 faiz, qara metallardan borular – 36,8 faiz, bentonit gili – 20,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, şəkər – 33,9 faiz, bitki yağları – 38,4 faiz, meyvə və tərəvəz şirələri – 37,3 faiz, meyvə və tərəvəz konservləri – 6,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,5 faiz, kartof – 45,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 56,9 faiz, pambıq lifi – 30,4 faiz, polipropilen – 8,0 faiz, pambıq ipliyi – 21,5 faiz, qara metallardan yarımfabrikatlar – 23,2 faiz azalıb.

Bundan başqa, cari ildə idxal məhsullarında da azalma müşahidə olunub. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında təzə meyvə idxalı 7,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, unlu qənnadı məmulatları – 15,4 faiz, kartof – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 26,5 faiz, minik avtomobilləri – 12,1 faiz, dərman vasitələri – 16,0 faiz, polad prokatı – 31,5 faiz, qara metallardan çubuqlar – 11,2 faiz, rezin şinlər – 23,1 faiz, sintetik yuyucu vasitələr – 6,3 faiz, polietilen – 1,7 dəfə, mebellər – 2,3 faiz, avtobuslar – 2,3 dəfə, məişət kondisionerləri – 1,8 dəfə, qara metallardan künclüklər – 19,2 faiz, polipropilen – 25,7 faiz, sement – 7,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 14,5 faiz, xam şəkər – 24,8 faiz, şokolad və şokolad məhsulları – 5,8 faiz, çay - 2,6 faiz, təzə tərəvəz – 41,5 faiz, mal əti – 51,4 faiz, siqaretlər – 80,8 faiz, qara metallardan borular – 10,8 faiz, hesablama maşınları, blok və qurğuları – 14,6 faiz, yük avtomobilləri – 19,0 faiz, mineral gübrələr – 79,7 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, məişət soyuducuları – 43,2 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR