"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

İtaliyalı yazıçı Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, yazıçı bu barədə tviterdə paylaşım edib.

Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR