Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verib - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR