Tanınmış jurnalist sirkə turşusu içib

Bakıda jurnalist Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənib.

Metbuat.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu trend-ə bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə gətirilib. "Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.

Jurnalistin sirkə turşusu içməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR