Kim Çen In dəstəyi rədd etdi -

Şimali Koreyada koronavirusa yoluxanların sayı 2,24 milyon nəfərə çatıb. 100-ə yaxın insan həyatını itirib.

Metbuat.az xəbər verir ki, dövlət agentliyi son 24 saatda 263 min nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. Xarici KİV-lər yazır ki, Şimali Koreyanın antiviral dərmanlar əldə etmək hüququ olmadığı üçün pandemiya ilə ənənəvi formada mübarizə aparır. Dövlət nümayəndələri ciddi şəkildə xəstə olmayanlar üçün zəncəfil və söyüd yarpağı tərkibli vasitələr və bitki tərkibli çaylar qəbul etməyi təklif edib. Dövlət mediası duzlu su ilə səhər və axşam qarqara etməyi tövsiyə edib.

Qeyd edək ki, Şimali Koreya ilk yoluxmanı ötən həftə açıqlayıb. Ölkə lideri Kim Çen In xarici dəstəyi rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR