Qabon Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qabon hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar bayramın yaratdığı xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı ifadə edir, dost Azərbaycan xalqına uğurlar diləyirəm.

Qabon ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və yeni səviyyəyə yüksəldilməsində Sizinlə əməkdaşlıq etməyə hazır olduğumu bir daha bildirirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR