İstanbuldakı danışıqlar ən yüksək səviyyə idi -

“Rusiya və Ukrayna arasında bir sıra ölkələr vasitəçilik təklifi etdi. Lakin Türkiyənin vasitəçiliyi daha uyğun oldu”.

Metbuat.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba belə açıqlama verib. O bildirib ki, İstanbulda keçirilən toplantı danışıqlar üçün ən yüksək səviyyə idi. Diplomatın sözlərinə görə, Ukrayna diplomatik həll yoluna həmişə üstünlük verir, lakin şərtlər Kiyev üçün uyğun olmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR