Arxadan vuran her surucu gunahkardirmi? - TEHLIL

11:12 19 Yanvar 2015
312 Sosial
Ölkə mətbuatı
A- A+

Coxlari ele dusunurler ki, gunah hemise arxadan vurandadir, ancaq…
Suruculerimiz arasinda formalasmis yanlis tecrubelerden biri de eyni istiqametde bir-birinin ardinca hereketde olan neqliyyat vasitelerinin toqqusmasi zamani teqsir meselesi ile baglidir. Bele hallarda suruculerimizin ekseriyyeti dusunurler ki, arxadan vuran surucu teqsirkardir. Beri basdan bildirirem ki, bu, hec de hemise bele deyil.

Tipik yol neqliyyat hadiselerini nezere almaqla bir-birinin ardinca geden neqliyyat vasitelerinin toqqusmasi, yeni bir avtomobilin arxadan diger avtomobile cirpilmasi zamani teqsirle bagli uc veziyyetin oldugunu deye bilerik:

1. Teqsirin yalniz arxadan vuran surucude olmasi;
2. Qarsiliqli teqsirin olmasi, yeni her iki surucunun teqsirli olmasi;
3. Teqsirin yalniz qabaqda geden (vurulan) surucude olmasi.

Tecrubede bu hallardan hansina daha cox rast gelindiyini soylemek o qeder de asan deyil. Ancaq teessuf ki, yol neqliyyat hadiselerine huquqi qiymet veren bezi selahiyyetli sexslerin fealiyyetinde yaranmis yanlis tecrube sebebi ile statistikada birinci hal daha cox gorunur. Bu sebebden coxlari ele dusunur ki, gunah hemise arxadan vurandadir.

Gosterilen hallarin her birini bir qeder etrafli nezerden kecirek.

Birinci hal, yeni teqsirin yalniz arxadan vuran surucude olmasi o demekdir ki, qabaqda geden surucu yol hereketi qaydalarini pozmur, arxadan vuran surucu ise konkret qaydani pozaraq oz avtomobilini qabaqdaki avtomobile cirpir. Bele qezalar daha cox arxadan vuran surucunun ara mesafesine dair telebleri, mueyyen manevrlerin teleblerini pozmasi, yaxud sadece olaraq yol hereketi seraitine nezaret etmemesi sebebinden bas verir. Surucu nezere almalidir ki, yol hereketi qaydalari ara mesafesinin konkret kemiyyetini mueyyen etmir. Qaydalarin teleblerine esasen, surucu ara mesafesini konkret hereket seraitine uygun secmeli ve ele etmelidir ki, qabaqdaki neqliyyat vasitesi hetta qefleten tam dayandiqda da ona cirpilmadan oz avtomobilini dayandira bilsin. Surucu muxtelif manevrlerin qaydalarini pozmaqla da qabaqda geden neqliyyat vasitesini vura biler. Meselen, daha yuksek suretle otme ve ya zolaqda yerdeyisme eden surucu otme ucun istifade edeceyi hereket zolagina cixarken ve ya otmeden sonra evvelki hereket zolagina qayidarken, yaxud yanasi zolaga yerdeyisme ederken qabaqda nisbeten asta suretle geden neqliyyat vasitesini vura biler. Bele hallarda hem muvafiq manevr qaydalari pozulur, hem de ara mesafesine dair telebler pozulur. Odur ki, suruculer otme, zolaqlari deyisme kimi manevrler ederken duzgun suret rejimi secmeli ve qabaqda asta geden neqliyyat vasitelerini nezere alaraq tehlukesiz ara mesafesini de gozlemelidirler. Arxadan vuran surucunun teqsirinin en kobud ve askar tezahuru ise bu surucunun hereket seraitine nezaret etmemesi (meselen, sukan arxasinda murgulemesi, qabaga baxmamasi ve s.) sebebinden, habele texniki nasazliq (meselen, arxada geden surucunun avtomobilinin tormozunun islememesi) sebebinden bas veren qezalar ola biler. Bele hallarda da birmenali olaraq arxadaki surucu teqsirkardir, cunki qabaqda geden surucu hec bir qayda pozuntusu toretmir.

Ikinci hal, yeni qarsiliqli teqsir o demekdir ki, her iki surucu yol hereketinin bu ve ya basqa qaydasini pozub ve bunun neticesinde qeza bas verib. Bele hallar da kifayet qeder genis yayilmisdir. Tecrubede qarsiliqli teqsirin olmasi yene de arxadan gelen surucunun ara mesafesine dair telebleri, muxtelif manevrlerin qaydalarini pozmasi, habele yola nezaret etmemesi ile bagli ola biler. Qabaqdaki surucunun teqsiri ise hemin yerde yol verilmeyen manevrleri etmekde (meselen, dayanma ve durmanin qadagan oldugu yerde qefleten dayanma; saga, sola ve ya geriye donmenin qadagan edildiyi yerde bele manevrler etme ve s.), yaxud yol verilen manevrin qaydalarini pozmada (meselen, sola, saga ve ya geriye donerken donme siqnali vermeme ve s.), luzumsuz yere qefleten sert tormozlanma etmekde, habele neqliyyat vasitesindeki texniki nasazliqda ifade oluna biler. Bu kimi hallarda qabaqda geden surucunun konkret qaydani pozmasi arxadaki surucu ucun cetin veziyyet yaradir ve arxadaki surucu duzgun ara mesafesi secmediyine gore qeza bas verir. En maraqli hal qabaqda geden neqliyyat vasitesinin texniki nasazligi - onun stop-siqnallarinin (tormoz isiqlarinin) yanmamasi ile bagli ola biler. Qabaqda geden neqliyyat vasitesinin tormoz isiqlari yanmadigina gore onun tormozlanmasini vaxtinda derk ede bilmeyen surucu qeza veziyyetine dusmus olur. Amma yol hereketi qaydalarinin telebine esasen, arxada geden surucu ele ara mesafesi secmelidir ki, bele halda da qezadan yayina bilsin. Odur ki, bu sebeble bas vermis qezada hem qabaqda geden, hem de arxadan gelen surucu teqsirkar sayila biler. Nezere almaq lazimdir ki, yol hereketi qaydalarina, nisanlarin ve svetoforun teleblerine riayet etmek ucun, yaxud yolda qefleten yaranan (gozlenilmez) maneeni vurmamaq ucun sert tormozlanma eden surucu qaydalari pozmur. Ona gore de bele halda teqsir yalniz arxadan vuran surucude olacaqdir.

Ucuncu hal, yeni teqsirin yalniz qabaqda geden surucude olmasi o demekdir ki, arxada geden surucu hec bir qaydani (o cumleden ara mesafesine dair telebi) pozmur. Qabaqdaki surucu ise konkret qayda pozuntusu torederek qeza seraiti yaradir. Bele hal daha cox yoletrafi eraziden, o cumleden yolun kenarindan yola daxil olaraq herekete baslama, habele otme ve zolaqda yerdeyisme manevrlerinin edilmesi ile bagli ola biler. Olkemizin yollarinda bele qayda pozuntulari cox genis yayilmisdir. Bir-birinin ardinca geden neqliyyat vasitelerinin suretini, onlar arasindaki mesafeni, habele yol hereketi seraitinin diger elementlerini nezere almayan surucu qefleten hereket zolaginda yerdeyisme ederek iki neqliyyat vasitesinin arasina kecir. Bununla araya kecen neqliyyat vasitesi arxadan gelen ucun qeza seraiti yaradir, cunki bele hallarda ara mesafesine dair teleb suni sekilde, ozu de qefleten yerdeyisme eden surucunun manevri sebebinden pozulmus olur. Meselen, svetofora ve ya piyada kecidine, yaxud her hansi bir maneeye az qalmis surucu zolaqda yerdeyisme ederek iki avtomobilin arasina kecir. Bu manevrden derhal sonra en qabaqdaki neqliyyat vasitesi qaydalara uygun olaraq tormozlanir. Araya kecen surucu de tormozlanma etmeye mecbur olur. Amma ondan arxada gelen surucu tormozlanma etse de, araya kecmekle ara mesafesini suni sekilde pozmus neqliyyat vasitesini vurmaqdan yayina bilmir. Bele halda arxadan vuran surucunun hec bir teqsiri yoxdur ve teqsir tam olaraq zolaqda yerdeyisme eden surucunun uzerine dusur. Oxsar veziyyeti zolaqda qefleten yerdeyisme ederek arxadan gelen neqliyyat vasitesinin qabagina kecen ve daha sonra yoldan saga, sola ve ya geriye donmek ucun suretini azaltmaga mecbur olan surucu de yaradir. Bele halda da arxadan gelen surucunun hec bir gunahi olmayacaq. Arxadan vuran surucunun teqsirsiz oldugu basqa bir veziyyet otme zamani da yarana biler. Bir-birinin ardinca geden bir nece neqliyyat vasitesini otmek ucun eks istiqametli hereket zolagina cixan surucu hemin neqliyyat vasitelerinden birini ve ya bir necesini otdukden sonra qefleten oz hereket zolagina qayidaraq arxadaki neqliyyat vasitesi ile ara mesafesini suni sekilde pozarsa ve bu qezaya sebeb olarsa, yene de arxadan vuran surucu teqsirsiz olacaqdir.

Eyni istiqametde hereket eden neqliyyat vasitelerinin toqqusmasi huquqi qiymet verilmesi en cetin olan hadiselerden sayilir. Xususen de qarsiliqli teqsir olan hallarda her kesin teqsisrinin derecesini mueyyen etmek asan is deyil. Ona gore de bele hadiseler bas verdikde suruculer cox diqqetli olmali, hadise yerini qoruyub saxlamalidirlar. Bele hallarda avtomobillere qurasdirilmis videoqeydiyyatcinin qeyde aldigi goruntuler cox qiymetli ola biler.

Ersad Huseynov
avtosfer.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR