Bakıda gənc qız sevgilisinə görə özünü polis bölməsinin önündə

Bakıda gənc qız özünü Polis Şöbəsinin qarşısında yandırıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin qarşısında baş verib. 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) gecə saat 00:10 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Sevgilisinə görə özünü polis bölməsinin önündə yandırdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR