İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqba İtaliya "Yuventus"una keçəcək.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

"Yuventus" bu keçid üçün maaş, bonuslar və agent haqları daxil olmaqla cəmi 80 milyon avro xərcləyəcək.