​Röyadan 20 min verib ad günümə gətirərəm deyən Şəbnəm Tovuzluya cavab - VİDEO

"Əgər o xanım sənət aləmində varsa və mən onu tanıyıramsa, təbrik etmək üçün pulsuz gedərəm".

Metbuat.az xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan ARB TV-nin “Həmin Zaur” verilişinin qonağı olan zaman deyib.

Xalq artisti onu məclisinə 20 min verib çağırmaq istəyən Şəbnəm Tovuzluya səslənib:

“Bəzi məclislər olub ki, 20 mini iki dəfəyə vurun mən ora getməmişəm, amma bəzi məclislər də var ki, pulsuz getmişəm. Əgər o xanım sənət aləmində varsa və mən onu tanıyıramsa, təbrik etmək üçün pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanaların arzuları yerinə yetirəsən. Bəzi məclislərdə sənət dostlarım mənə pul da veriblər, brilliant üzüyümü də taxıblar. Ona görə deyirəm ki, hər şeyi nə pula bağlayaq, nə də başqa məsələlərə. Ola bilər gələrəm, ola bilər gəlmərəm. Baxır mənim kefimə. Pulsuz yerə söz vermişəmsə gedərəm, nəinki, pul aldığım yerə”.

Qeyd edək ki, “Həmin Zaur” verilişinin ötən buraxılışda müğənni Şəbnəm Tovuzlunun “İstəsəm Röya Ayxana 20 min verib doğum günümə çağıraram” açıqlamasını vermişdi.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR