Röyanın qardaşının toyundan ilk görüntülər -

Bu gün Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfovun toyudur.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, mediaya qapalı keçirilən məclisdən ilk görüntülər sənətçinin mətbuat xidməti tərəfindən təqdim edilib.

Qeyd olunub ki, Bakıda dəbdəbəli restoranların birində baş tutacaq gecəyə özəl hazırlanıb. Belə ki, bəylə gəlinin obrazı üzərində Xalq artistinin dostları çalışıb.

Gəlinin saç və makiyajını tanınmış stilist Elnur Həsənov, qaşlarla bəzədilmiş, əl işi olan gəlinliyi “Cagteks”, bəyin geyimini isə yerli brend olan “Emiland” hazırlayıb.

Mətbuata təqdim olunan fotoların müəllifi Niko Abbasovdur. Toy boyu bütün çəkilişi isə Cəlal Kəngərli öz üzərinə götürüb.

Qeyd edək ki, mətbuata qapalı olan toyda hətta qonaqların da telefonla çəkiliş etməsi qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR