Rusiya hərbi əməliyyatlara fasilə verdi:

Rusiya Ukraynadakı hərbi əməliyyatları qismən müvəqqəti dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumatı yayıb. Bildirilir ki, Ukraynada müharibə başlayandan bəri Rusiya ötən gün yeni ərazilərin ələ keçirilməsi ilə bağlı ilk dəfə açıqlama verməyib. Buna qədər isə, Rusiyanın Müdafiə Nazirliyi hər gün hərbi əməliyyatların nəticələri barədə açıqlama verirdi. Məlumata görə, bu, Rusiyanın hərbi əməliyyatlara fasilə verdiyini deməyə əsas verir.

Bununla belə, Rusiya tərəfinin Ukraynada bir neçə istiqamətdə kiçik hücumları olsa da, irələliyə bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR