“Şöşü” ləqəbi ilə tanınan məşhur aktyor Ramil Babayev uşaqlıqda itkin düşərək Kiyevə qaçmasından danışıb.

Metbuat.az xəbər veirr ki, bu barədə o, ATV-də yayımlanan “Bir balaca oyun” verilişində qonaq olarkən söz açıb.

Uşaq vaxtı çox dəcəl olduğunu vurğulayan aktyor babasıgilə getmək məqsədilə gizlicə mindiyi vaqonla yanlışlıqla Kiyevə qədər gedib çıxdığını vurğulayıb:

“Mənim şəklimi “evdən çıxdı və bir daha geri qayıtmadı” qeydi ilə AZTV-də göstərmişdilər. O vaxt da telefon yox idi ki, zəng edəsən. Hər yerdə məni axtarırdılar, itkin düşmüşdüm”.

Ətraflı süjetdə: