“Azəriqaz” Mərdəkan və Xırdalanda “Açıq mikrofon” aksiyaları keçirəcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası paytaxtın Xəzər rayonunda (Mərdəkan qəsəbəsi, Veteranlar Parkı) baş tutacaq.

Metbuat.az “Azəriqaz”a istinadən xəbər verir ki, daha bir “Açıq mikrofon” aksiyası isə iyulun 15-də saat 11:00-da Abşeron rayonunda (Xırdalan şəhəri, Heydər Əliyev Parkı) keçiriləcək.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR