Səfər Mehdiyevin adı Gömrük Komitəsinin saytından çıxarıldı -

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə Mehdiyevin adınını "rəhbərlik" bölümündən 2 sutka ərzində çıxarılmamasına narazılıq edilirdi. Bu gün isə Səfər Mehdiyevin adı qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat yoxdur. Bundan əlavə, Səfər Mehdiyevin 5 müavini - Hüseynov İsmayıl Xəlil oğlu, Abdullayev Əsgər Həsən oğlu, Həsənəliyev Rza Cahangir oğlu, Babayev İqbal Alıcan oğlu, Qasımov Cavad Mustafa oğlu olub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR