Bakı-Sumqayıt yolunda yanğın söndürülüb -

Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Metbuat.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.


14:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR