Hərbi cinayətlərin sayı azalıb

Hesabat dövründə qeydə alınmış bəzi qəbildən olan cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev bildirib.

Belə ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR