"Xerson əməliyyatı" başladı: Ukrayna ordusu hücuma keçib

Ukrayna ordusu Xerson istiqamətində irəliləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, Xerson əməliyyatı artıq başlayıb və ordu şəhəri azad etmək üçün hücumlar təşkil edir. Ukraynalı hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, ordu Xersona bir neçə istiqamətdən həmlə edir. Məlumata görə, ukraynalı hərbçilər Rusiya ordusunun mövqelərinə həm təyyarələrlə, həm də artilleriyalarla zərbələr endirir.

Bildirilir ki, ruslar hücumun qarşısını almaq üçün şəhərdə müdafiə xəttlərini möhkəmləndirir. Ukrayna ordusunun planı isə rusların müdafiə xətlərindən yayınmaqla, düşmənə zərbələr endirməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR