Rusiya ordusu taxılın ixrac ediləcəyi Odessanı bombaladı

Rusiya ordusu Ukraynanın Odessa vilayətinə növbəti dəfə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O bildirib ki, hücuma məruz qalan Zatoka kəndi olub. Kənddə hərbi obyekt yoxdur.

Qeyd edək ki, bu, İstanbulda imzalanmış taxıl sazişindən sonra Odessaya ikinci hücumdur. Bundan əvvəl ruslar Odessa limanına raket zərbələri endirib. Taxılın ixrac ediləcəyi limanlar arasında Odessa da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR