Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.
Məktubda deyilir: “Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.