QİM-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.

Metbuat.az-a komitənin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən birini dövlət qulluğu sisteminin yüksək səviyyədə qurulması və vətəndaş məmnunluğuna nail olunması təşkil edir.

M.Qurbanlı, eyni zamanda dövlət başçısı tərəfindən dövlət qulluqçularının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların daim dəyərləndirildiyini diqqətə çatdırıb. Komitə sədri dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Təltif olunmuş Komitə əməkdaşları çıxış edərək fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR