Avstriya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərimi əsirgəməyəcəyəm -

“Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm”.

Metbuat.az xəbər verir ki, bunu səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayan səfir Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacib olduğunu bildirib.

Eyni zamanda, diplomat Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcəyini vurğulayıb. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR