Deputat xarici səfirlərə çağırış etdi

Milli Məclisin deputatı Kamal Cəfərov sosial şəbəkə hesabında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlərə və səfirliklərə çağırış edib.

Metbuat.az xəbər verir ki, deputat Azərbaycanın Londondakı səfirliyinə hücumun Vyana Konvensiyasının kobud şəkildə pozullduğunu deyib:

“Nə üçün Azərbaycanda fəaliyyət göstərən xarici səfirlər və ya səfirliklər həmrəylik göstərib Londondakı səfirliyimizə edilən barbarik hücumu qınamırlar? Axı bu hücum dünyanın hər bir yerində çalışan səfirlərin rəhbər tutduqları Vyana Konvensiyasının kobud pozuntusudur”, - deyə Milli məclisin deputatı vurğulayıb.

Kamal Cəfərov eyni zamanda Azərbaycanda fəaliyyət göstərən bütün səfirləri bu təxribatı pisləyən bəyanat verməyə səsləyib.

Xatırladaq ki, ötən gün Azərbaycanlın Londondakı səfirliyi radikalların hücumuna məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR