2025-ci ildə eşqdə bəxti gətirməyəcək 3 BÜRC

Astroloqlara görə, 2025-ci ildə bəzi bürclər eşq həyatında çətinliklərlə üzləşəcək. Sevgi cəhətdən çətinlik yaşayan bürclər sırasında dəyişiklik olmayıb. Analitik yanaşmaları, yüksək gözləntiləri və emosional həssaslıqları ilə tanınan bu bürclər üçün 2025-ci ilin də asan keçməyəcəyi gözlənilir.

Metbuat.az xarici KİV-ə istinadən həmin üç bürcü təqdim edir.

Qız bürcü

Qızlar mükəmməlliyə can atdıqları üçün tərəfdaşlarından yüksək gözləntilərə malikdirlər. Bu bürcün nümayəndələri emosional olaraq özlərini açmaqda çətinlik çəkirlər ki, bu da dərin bağlar qurmağı əngəlləyir. Astroloqlar Qız bürcündən olanların bu il də doğru insanı tapmaqda çətinlik çəkəcəyini proqnozlaşdırırlar.

Oğlaq bürcü

Saturn tərəfindən idarə olunan Oğlaq bürcləri eşq həyatında daha çox xəyal qırıqlıqları ilə üzləşirlər. Tez-tez aldadılan və münasibətlərdə uğursuzluqla qarşılaşan Oğlaqlar üçün bu ilin də fərqli olmayacağı gözlənilir.

Balıq bürcü

Balıqlar xəyalpərəst və romantik yanaşmaları ilə tanınır. Həqiqətdən uzaq gözləntilərlə hərəkət edən bu bürc nümayəndələri 2025-ci ildə də eşq həyatında çətinliklərlə üzləşəcəklər. Astroloqlar bildirir ki, Balıqlar bu təcrübələrdən sonra "subaylıq sərbəstlikdir" deyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı