Finlandiyada işsizlik səviyyəsi Avropa Birliyi (AB) ölkələri arasında yenidən ən yüksək göstəriciyə çatıb. 2026-cı ilin sentyabr ayında bu göstərici 10,5 faiz təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsinin məlumatında bildirilib.
Məlumata görə, Finlandiyada işsizlik səviyyəsi yay aylarında üç ay ərzində 10,4 faiz olub. 2025-ci ilin sentyabrında isə bu göstərici 10 faiz təşkil edib.