ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin dekabrda keçiriləcək G20 sammiti çərçivəsində imzalana biləcəyini istisna etməyib.
Metbuat.az xəbər verir ki, o, “Benny Show”a müsahibəsində Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində razılaşmanın əldə olunmasına yaxınlaşdıqlarını bildirib.
“Düşünürəm ki, biz orada razılaşma əldə etməyə yaxınlaşırıq. Əvvəllər bunu demirdim. İndi isə bunu deyə bilərəm”, – Tramp qeyd edib.