Göyçay sakininin meyiti tapılıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğlunun cansız bədəni yarımtikilidə aşkarlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.