Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu -

Sosial şəbəkədə Şəmkir rayonunun Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia edilən səs yazısı yayılıb. Yayılan səs yazısında məktəb direktoru müəllimlərə Aşura mərasiminə şagirdlərin buraxılmaması ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, geniş müzakirələrə səbəb olan səs yazısına Milli Məclisin deputatı Fazil Mustafa da münasibət bildirib.

Feysbuk hesabında paylaşım edərək deputat qeyd edib ki, bu mövqeyine görə təhsil naziri məktəb direktoruna zəng edib təşəkkür etməlidir:

“Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səsyazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR