"Qarabağ"ın oyununa təyinat alan hakim barədə İNANILMAZ FAKTLAR - FOTOLAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"- Viktoriya" (Plzen) oyununa təyinat alan sloveniyalı FİFA referisi Slavko Vinçiç bundan əvvəl qalmaqalla gündəmə gəlmişdi.

Metbuat.az xəbər verir ki, 42 yaşlı hakim iki il əvvəl Bosniya və Herseqovinada keçirilən parti zamanı həbs edilib. Məlumata görə, polis narkotik və əxlaqsızlıqla məşğul olan cinayətkar dəstəyə qarşı əməliyyat keçirərkən FİFA referisi də orada olub. Məlum olub ki, əxlaqsız qadınların da iştirak etdiyi partini model Tiyana Maksimoviç təşkil edib. Polis axtarışlar zamanı odlu silahlar, narkotik vasitələr ələ keçirmişdi. Hakim o vaxt ifadəsində bildirmişdi ki, o heç bir dəstənin üzvü deyil və partiyə iş görüşməsi üçün gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR