Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında yazıb.

“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.