"Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır".
Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı zamanı deyib.
O, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.