Pelosinin İrəvanda hansı ölən əzizi yadına düşüb? -

ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət edərkən ağlaması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, xanım nümayəndənin qondarma abidə qarşısında özünü kədərli aparması yəqin ermənilər üçün də gözlənilməz olub. Əks halda Pelosinin yanında olan erməni rəsmilər amerikalı nümayəndənin “ağlamasını” belə təəccüblü baxışlarla qarşılamazdı. Maraqlısı budur ki, Pelosi 3 minə yaxın insanın ölümünə səbəb olan 11 sentyabr qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edərkən ağlamayıb. Pelosi buna qədər bir sıra ölkələrdə səfərdə olarkən müxtəlif faciə qurbanlarının xatirəsinə ucaldılan abidələri ziyarət edib. Lakin belə hal yaşanmayıb. Pelosi Auşvitz həbs düşərgəsində ölən 1,1 milyon nəfərin xatirəsinə ucaldılan abidəni ziyarət edərkən də ağlamayıb. Bu siyahını xeyli artırmaq olar.

Ekspertlər hesab edir ki, Pelosinin qondarma abidənin önündəki timsah göz yaşları erməni lobbisini sakitləşdirmək üçün ola bilər. Çünki Azərbaycan-Ermənistan dövlət sərhədindəki gərginlikdən sonra erməni lobbisi ABŞ-dan dəstək tələb etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR