Ana həbsdəki oğluna narkotik ötürməyə cəhd etdi -

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Metbuat.az Penitensiar xidmətinə istinadən xəbər verir ki, həbs edilmiş şəxs Nicat Şahvələd oğlu Cəfərova anası Saatlı rayon sakini Zərqələm Şükür qızı Cəfərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı idman şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR