Şəki rayonunda minik avtomobili yanıb, xəsarət alan var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Çələbixan qəsəbəsində baş verib.
Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı 1967-cıi il təvəllüdlü Cəsarət Eldar oğlu Ağalarova məxsus "QAZ-24" markalı minik avtomobilinin salon hissəsi tamamilə yanıb.
Hadisə nəticəsində bir nəfər qol və ayaq hissəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.