Sahibkarlığın İnkişafı Fondu 292 milyon manatlıq zəmanət verib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kreditsubsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verib.

Metbuat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O, qeyd edib ki, zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR