"Şəhid ailələrinin və qazilərin müraciətlərinə yüksək həssaslıqla yanaşılmışdır"

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xalq qəzeti" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

Xanlar Vəliyev bildirib ki, qazilərə və şəhid ailələrinə ehtiram, diqqət və qayğı göstərməyi hər bir prokurorluq işçisi özünə borc bilir.