Azərbaycanda bu layihələr ilə 400-dən çox iş yeri açılacaq -

"Hazırda rezident olmaq üçün 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq".

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu layihələrə 30 milyon manatdan çox investisiya qoyulub:

"Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır. Hazırda rezident olmaq üçün 30 milyon manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq. Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR