İtaliyanın Roma şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda seminarı keçirilib.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak ediblər.

Seminarda aşağıdakı mövzular müzakirə olunub:

• Ötən lisenziyalaşdırma mövsümünün icmalı

• “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar

• İtaliya peşəkar futbolunda Klubların Lisenziyalaşdırması və Monitorinqi

• UEFA Klubların Monitorinqi və Komplayns

• Klubların Lisenziyalaşdırması və Oyunçuların Qorunması

• UEFA-nın Məşqçilik Konvensiyası və Məşqçilik Tələbləri

• Futbolda Sosial Məsuliyyət/Futbol Dayanıqlığı

• Qadın futbolunun inkişafı və s.