Bəzi insanlar harada olmasından asılı olmayaraq, ətrafdakıların diqqətini asanlıqla cəlb etməyi bacarırlar. Onların xarizması, ünsiyyət qabiliyyəti və özünəməxsus davranışları başqalarında xüsusi maraq yaradır.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, numeroloji inanclara əsasən, ayın müəyyən günlərində dünyaya gələn insanların daha güclü cazibəyə malik olduğu düşünülür.

Numeroloqlar xüsusilə dörd fərqli doğum tarixi qrupunu fərqləndirirlər.

Ayın 1, 10, 19 və 28-də doğulanlar – Liderlik xüsusiyyətləri ilə seçilirlər

Numerologiyaya görə, bu tarixlərdə doğulan insanlar güclü xarakterə, yüksək özünəinama və liderlik qabiliyyətinə malik olurlar.

Onlar başqalarının fikirlərindən asılı qalmağı sevmir, qərarlarını müstəqil verməyə üstünlük verirlər. Məqsədyönlü davranışları və cəsarətli addımları ətrafdakı insanların diqqətini çəkir.

Ayın 3, 12, 21 və 30-da doğulanlar – Ünsiyyətləri ilə insanları valeh edirlər

Bu tarixlərdə dünyaya gələnlər şən, enerjili və ünsiyyətcil insanlar kimi xarakterizə olunurlar.

Numerologiyada 3 rəqəmi yaradıcılıq, pozitiv enerji və özünüifadə ilə əlaqələndirilir. Belə insanların güclü yumor hissinə malik olduğu, istənilən mühitdə söhbətə rəng qatdığı və yeni tanışlıqlar qurmaqda çətinlik çəkmədiyi bildirilir.

Ayın 6, 15 və 24-də doğulanlar – Mehribanlıqları ilə qəlbləri fəth edirlər.Bu qrupda yer alan insanların əsas cazibəsinin səmimiyyət və qayğıkeşlik olduğu düşünülür.

Numeroloji yozumlara əsasən, onlar münasibətlərdə diqqətli davranır, qarşı tərəfin hisslərinə həssas yanaşırlar. İnsanlara özlərini dəyərli hiss etdirməyi bacardıqları üçün ətraflarında xoş təəssürat yaradırlar.

Ayın 9, 18 və 27-də doğulanlar – Sirli xarizmaları ilə fərqlənirlər

Numerologiyada 9 rəqəmi müdriklik, mərhəmət və emosional dərinliyin simvolu hesab olunur.

Bu tarixlərdə doğulanların hadisələrə fərqli baxış bucağından yanaşdığı, mənalı söhbətlərə üstünlük verdiyi və insanları daxili dünyaları ilə cəlb etdiyi iddia olunur.

Onların sakit, lakin təsirli davranışları ətrafdakılarda maraq yaradır. Belə insanları yaxından tanıdıqca yeni xüsusiyyətlərinin üzə çıxdığı düşünülür.

Qeyd edək ki, numerologiya elmi cəhətdən təsdiqlənmiş metod deyil. Doğum tarixinin insanın xarakterini, cazibəsini və ya liderlik qabiliyyətini müəyyən etdiyinə dair etibarlı elmi sübut yoxdur.