“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torriera İstanbulun Etiler səmtində qadın dostu ilə əylənərkən görüntülənib. Futbolçu jurnalistlərin məkanda olduğunu öyrəndikdən sonra oranı tək tərk edib.

Metbuat.az Türkiyə mediadına istinadən xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi qadın dostu ilə vaxt keçirərkən jurnalistlərin diqqət mərkəzinə düşüb. Yaxınlıqda jurnalistlərin olduğunu öyrənən Torreyra oradan təkbaşına ayrılmağa qərar verib. Futbolçu lüks avtomobilinə minərək ərazini tərk edib.

Maraqlı məqamlardan biri isə futbolçunun köməkçisinin Torriera ilə birlikdə əylənən qadınla başqa bir VIP avtomobilə minərək məkandan uzaqlaşması olub.

Bundan başqa, ulduz futbolçunun təxminən 60 milyon türk lirəsi dəyərində olduğu bildirilən yeni lüks avtomobili də diqqətdən yayınmayıb.